Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yay tətilində olan tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər

14 avqust 2017 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması məqsədi ilə rayonun yeniyetmə və gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Növbəti belə ekskursiyanın iştirakçıları ali məktəblərdə təhsil alan rayon gəncləri oldular. Onlar mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zallarını ziyarət etdilər. Burada tələbələrə Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları barədə ətraflı məlumat verildi.
      Daha sonra gənclər  Mərkəzdə aparılan əsaslı yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə yaxından tanış oldular. Belə ki,  “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonlarına, 400 yerlik akt zalına, nikah mərasimləri otağına, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyalarına, distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzlərinə, rəqs studiyası, rəsm qalereyası və dil kursları otağına, kiçik kino zalına, 30 və 70 yerlik konfrans zallarında olaraq böyük təsuratlarını bölüşdülər. Onlar bu cür ekskursiyaların mütəmadi  olmasını  istədiklərini ifadə etdilər.
Sonda tələbələr  Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər.

Keçidlər