Şriftin ölçüsü :

Saytın rəngi :

Karate-do idman növü üzrə uşaq və yeniyetmələr arasında birincilik keçirildi

17 avqust 2017 | 11:00

Bu gün, Azərbaycanda bütün sahələrə əldə edilən uğurlu inkişaf idman sahəsində də davam etdirilir. Dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq yarışlarda əldə edilən nailiyyətlər davamlı xarakter almışdır. Ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda hər il beynəlxalq yarışlar keçirilir. Burada ən mötəbər yarışlar, dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri təşkil olunur.  Müxtəlif idman yarışları paytaxtımızla yanaşı ölkənin regionlarında da təşkil edilir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin təşəbbüsü və  Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında karate-do idman növü üzrə uşaq və yeniyetmələr arasında ənənəvi idman birinciliyi keçirilmişdir. Gənclər Mərkəzinin önünüdə açıq hava şəraitində keçirilən yarış parkda istirahət edən sakinlərinin də diqqətini cəlb etdi. Bu da yarış iştirakçılarının daha da həvəs və səylə çıxış etmələrinə səbəb oldu. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə rayon idmançıları ilə yanaşı Qazax idmançılarının da nümunəvi çıxışları olmuşdur. Bu cür yarışların keçirilməsinin əsas məqsədi yay mövsümündə gənclərin asudə vaxtlarının daha səmərəli təşkil olunması, idmana olan marağın artırılmasıdır.Yarışın qalibləri müvafiq diplomlarla təltif edilmişdir. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər