Şriftin ölçüsü :

Saytın rəngi :

Yay tətilində olan tələbələrin növbəti ekskursiyası “Ağstafa Aqroservis” MMC-yə oldu

19 avqust 2017 | 11:00

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən Ağstafa rayonunda da bu mövzu daim diqqət mərkəzində saxlanılır. 11 avqust  2017-ci il tarixdə Ağstafa rayon İcra hakimiyyətinin  başçısı Məhərrəm Quliyev  ölkəmizdə və xaricdə ali təhsil alan ağstafalı gənclərlə görüş keçirmişdir. Rayon İcra hakimiyyəti başçısı aparatının konfrans zalında keçirilən görüş tədbir iştirakçılarında böyük təsuratlar yaratmışdır. Tədbirdə İcra başçısının müvafiq tapşırığına əsasən  ölkə rəhbərliyinin göstərişi ilə Ağstafada inşa olunmuş və eləcə də icrası davam etdirilən bir sıra mühüm layihələrlə yerində tanış olmaq məqsədi ilə  ekskursiyalar təşkil olunmağa başlamışdır. Tələbələrin ilk belə ekskursiyası Ağstafa şəhərində yerləşən möhtəşəm Heydər Əliyev Mərkəzinə olmuşdur. Rayon İcra hakimiyyəti başçısı aparatının və rayon Təhsil şöbəsinin məsul işçilərinin müşaiyəti ilə həyata keçirilən növbəti ekskursiya isə “Ağstafa Aqroservis” MMC-də təşkil olundu. Gənclər “Ağstafa Aqroservis” MMC-nin II layihəsini təşkil edən, Bakı-Qazax magistiral yolunun kənarında 3,5 ha ərazidə inşa edilən Ağstafa taxıl və un məmulatları kombinatının  tikintisi,  taxıl toxumu emalı sahəsinə, taxılın çeşidlərə ayrılması və qablaşdırılması prosesinə, 30 min ton məhsulun saxlnaması üçün taxıl və hazır məhsul anbarı ilə yerində tanış oldular.  Həmçinin gənclər inşa davam etdirilən ofis mərkəzi, marketinq, satış sahəsi,  200 nəfərə xidmət edəcək “Fast food” tipli iaşə xidməti sistemi, yeniyetmə və  uşaqlar üçün əyləncə mərkəzi, 300 oturacaq yerlik konfrans salonu,140 yerlik yeraltı avtomobil dayanacağına da nəzər saldılar. Onlara məlumat verildi ki, müəssisənin əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı üzrə xidmətlərin göstərilməsi ilə yanaşı, ağstafalılar və rayonumuza gələn qonaqların asudə vaxtlarının ən müasir və yüksək səviyyədə təşkil olunmasından ibarətdir. 

Keçidlər