Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kənd tam orta məktəbin yeni binası istifadəyə tam hazırdır

21 avqust 2017 | 11:00

Ölkəmizin cəbhə bölgəsində yerləşən bütün yaşayış məntəqələrinə, o cümlədən Ağstafa rayonunun Köhnəqışlaq kəndinə  göstərilən yüksək dövlət qayğısı daim diqqətdə saxlanılır. Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən ən müasir tələblərə uyğun inşa olunmuş 108 şagird yerlik Köhnəqışlaq tam orta  məktəb binası istifadəyə tam hazır vəziyyətdədir. Binanın inşası zamanı coğrafi mövqey baxımından təhlükəsizlik amilləri tam nəzərə alınmışdır. İki mərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunmuşdur. Burada müəllim və şagirdlər üçün nəzərdə tutulmuş sanitar qovşaq otaqları da ən yüksək səviyyədədir. Bina fərdi qazanxana tipli istilik sistemi ilə təmin olunmuşdur. Həyətində açıq tipli idman meydançası yaradılmış, ətraf tamami ilə abadılaşdırılmışdır.
Yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək yeni məktəb binası təbii ki, maddi texniki bazanın möhkəmləndirilməsi ilə təhsilin səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır.

Keçidlər