Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlimxan kəndində növbəti görüş

28 sentyabr 2017 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar qəbulunu rayonun Zəlimxan kəndində keçirdi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də Zəlimxan kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İcra başçısı tədbirdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada icra olunan irimiqyaslı infrastruktur layihələrdən,  görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, yeni yaradılan istehsal, sənaye, xidmət sahələrindən və orada açılan yeni iş yerlərindən, yenidənqurulan avtomobil yollarından, yeni tikilən körpülərdən geniş söz açdı. Rayonun bütün yaşayış məntəqələrinin, o cümlədən Zəlimxan kəndinin də infrastrukturunun yenilənməsi, sakinlərin gündəlik qayğılarının yüksəldilməsi daim diqqətdə saxlanılır. Belə ki, hazırda 13,5 kilometr uzunluğunda  olan və əsaslı yenidən qurulan Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolunda işlər başa çatmaq üzrədir. Həmçinin kənddə  yararsız elektrik dayaqları yenisi ilə əvəz edilmişdir, hazırda müasir tələblərə uyğun sip kabel sisteminin çəkilişi işləri davam etdirilir. Bundan əlavə 3 ədəd subartezian quyusunun və 1 ədəd elektrik transformatorunun təmir edilmişdir. Yaxın zamanda daha  1 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur. Görüşdə iştirak edən kənd sakinləri Qalib Cəfərov, Vəsilə Məmmədova, Arif Həsənov,  Rəhim Mustafayev Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması üçün bütün sakinlər adından dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər