Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Müəllimlər Günü qeyd olundu

05 oktyabr 2017 | 11:00

Bu gün 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Ağstafa şəhər “Yazıçılar Evi” ndə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq bu əlamətdar gün münasibəti ilə rayon rəhbərliyi adından rayonun bütün pedaqoji kollektivini təbrik etdi. Qeyd olundu ki, müəllim əməyi müqəddəsdir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu gün ölkəmizin inkişafında xidməti olan insanlar məhz müəllim əməyinin yetirmələridir. Ulu öndərimiz Heydər Əliyev təhsil sahəsində geniş islahatlar kursu həyata keçirmiş, həmişə müəllim əməyinə yüksək qiymət vermiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Dahi Rəhbərimizin bu fikri müəllimin cəmiyyətdə yeri və rolunu dəqiq ifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti onun Ulu Öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir. Məhz Prezident İlham Əliyevin qayğısı nəticəsində  orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Sonra rayon Təhsil şöbəsinin müdiri Kamran Abbasov, rayon Ağsaqqallar şurasının sədri Fidovsi Heydərli, Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, Əməkdar Müəllim İndira Səmədova, rayon ağsaqqalı Misir Həsənov və digərləri çıxış edərək şərəfli peşə sahiblərini bayram münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar  arzuladılar.
           Tədbir rayonun mədəniyyət və incsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər