Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Müstəqillik Gününə həsr olunmuş karate üzrə rayon birinciliyi keçirildi

14 oktyabr 2017 | 11:00

Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun  Köçəsgər kənd 1 saylı tam orta məktəbinin idman zalında 18 oktyabr Müstəqillik Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirilmişdir. Turnirdə  Gəncə, Sumqayıt şəhərlərinin, Ağstafa, Abşeron, Ağcabədi ,Tovuz, Qazax, rayonlarının komandaları  iştirak etmişdir.  Turnirə ümumilikdə 120 nəfər idmançı qatılmışdır. Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək müstəqillik günümüzün tarixindən və həmiyyətindən, ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısından geniş söz açaraq turnir iştirakçılarına uğurlar arzu etdilər. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin yekun nəticələrinə əsasən  komanda hesabı ilə 1-ci  yer Sumqayıt şəhər,  2-ci yerə Gəncə şəhər və 3-cü  yerə Ağstafa rayonunun komandaları layiq görüldülər. Turnirin qalibləri müvafiq diplom və medallarla təltif olundular.

Keçidlər