Şriftin ölçüsü :

Saytın rəngi :

“Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda seminar-müşavirə

19 oktyabr 2017 | 11:00

Ağstafa rayon Mədəniyyət Mərkəzində rayon üzrə Maliyyə Şöbəsinin təşkilatçılığı ilə Ağstafa və Qazax rayonlarının “Dövlət büdcəsindən Maliyyələşən təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda seminar-müşavirə təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynovun rəhbərliyi ilə keçirilmişdir. Tədbiri giriş sözü ilə Ağstafa Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Qoşun Heydərov açaraq bu cür tədbirlərin yerlərdə keçirilməsinin əhəmiyyətindən geniş söz açmış və təşkilatçılara minnətdarlığını ifadə etmişdir. Sonra Elm-Tədris Mərkəzinin direktoru və Maliyyə Nazirliyinin nümayəndələri büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydalarında olan dəyişikliklər, qəbul olunmuş yeni təlimatlar və normativ hüquqi aktlarla seminar-müşavirə iştirakçılarını tanış etmiş, onları maraqlandıran müxtəlif sualları cavablandırmışlar. Seminar-müşavirədə ümumilikdə 60-dan çox mütəxəssis iştirak etmişdir.     

Keçidlər