Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizin nəaliyyətləri” mövzusunda növbəti tədbir Qaçaq Kərəm kəndində keçirildi

25 oktyabr 2017 | 11:00

2017-ci ilin oktyabr ayının 25-də Ağstafa rayonunun Qaçaq Kərəm kənd tam orta məktəbinin akt zalında ağsaqqalların, ziyalıların və sakinlərin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Müşfiq Hüseynov iştirak etmişdir. İclası giriş sözü ilə Müşfiq Hüseynov açaraq prezident cənab İlham Əliyevin daxili və xarici siyasəti haqqında, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair, 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Rayon ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, veteran müəllim Misir Həsənov, rayonda görülmüş abadlıq və quruculuq işləri barədə çıxış etdilər. Ağstafa rayon Gənclər və İdman idarəsinin rəis müavini Kamilə Zamanova çıxış edərək qeyd etdi ki, müəllimlər məktəblərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasına diqqəti artırmalı, gəncləri ixtisas seçimində düzgün istiqamətləndirməlidirlər. Gənclər bizim gələcəyimizdir.

Keçidlər