Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağstafada üç şəhid ailəsi üçün xurma bağı salındı

27 oktyabr 2017 | 11:00

 Oktyabrın 27-də Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Ağstafada şəhid ailələri üçün meyvə bağları salınıb.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə oktyabrın 27-də Ağstafa rayonunda 2 ha sahədə üç şəhid ailəsi üçün meyvə bağları salınıb. Poylu kəndində keçirilən tədbirdə rayon rhəbərliyi,  “İDEA” İctimai Birliyinin məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçisi, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bildirdi ki, ölkəmizin bütün sahələrində olduğu kimi ekologiya sahəsində də Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət bu gün öz bəhrəsini verməkdədir.  Bu gün müstəqil Azərbaycandabekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində  prioritet məsələdir. Ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların  əkilməsi, yaşıllıq zolaqlarını genişləndirilməsi istiqamətində zəruri addımlar atılır. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş İDEA ictimai birliyinin Ağstafada keçirdiyi bu əlamətdar tədbirə görə bütün ağstafalılar minnətdardılar. İctimai birliyinin  məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdan ibarətdir.  Sonra İcra başçısı İDEA İctimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın  təşəbbüsü ilə  2,0 hektar ərazidə salınan xurma bağını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş  üç şəhid ailəsinə verilməsi barədə Ağstafa rayon İcra hakimiyyəti başçısının müvafiq sərəncamlarını təqdim etdi. Belə ki, xurma bağının  0,66 ha hissəsi 1993-cü ildə Ağdam döyüşlərində şəhid olmuş Əliyev Sirac Şöhrət oğlunun, 0,66 ha hissəsi 1993-cü ildə Ağdam döyüşlərində şəhid olmuş Həsənov Nəriman Məhəmməd oğlunun və 0,66 ha hissəsi 1994-cü ildə Murov döyüşlərində şəhid olmuş Bayramov Akif Rahid  oğlunun ailələrinin istifadəsinə verildi.

Daha sonra rayon rəhbərliyi və gənclərin iştirakı ilə 2,0 ha sahədə 1000 ədəd xurma ağacları əkildi.
Şəhid ailələrinin üzvləri onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər