Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub

11 noyabr 2017 | 11:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının 8-ci mərhələsinə start verilib. Hər il olduğu kimi bu il də Ağstafa məktəbliləri maarifləndirici tura qoşulub. Belə ki, 40 nəfər şagird və 5 nəfər bələdçi-müəllimdən ibarət qrup Lənkəran –Masallı-Astara marşrutu üzrə  yola düşüblər. Yolasalma mərasimində rayon İcra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli və digərləri çıxış edərək aksiyaçılara uğurlar arzu edib, tur-aksiyanın əhəmiyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. Üç gün davam edəcək turda məktəblilər Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya edəcəklər.

Keçidlər