Şriftin ölçüsü :

Saytın rəngi :

İsrail səfiri Ağstafada.

09 noyabr 2017 | 11:00

İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavın Ağstafa rayonuna səfər etmişdir. Səfiri missiya rəhbərinin müavini, xanım Avital Rozenberq, səfirliyin ictimai diplomatiya məsələləri üzrə köməkçisi, Sahilə Mustafayeva müşayiət etmişlər. Rəsmi qonaqarı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev qəbul etmişdir. İcra hakimiyyətinin başçısı rayonun tarixi, coğrafiyası, mədəni-ictimai, sosial-iqtisadı həyatı, eləcə də son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafada görülən işlər barədə geniş məlumat vermişdir.  Öz növbəsində Dan Stavın Azərbaycanın tolerant bir ölkə kimi sabitlik məkanı olmasını, burada xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. İqtisadi, enerji, texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərinin yüksək olması vurğulanıb.              Sonra qonaqlar açıq səma altında mini “Azərbaycan” parkını gəziblər. Onlar Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri düzərək, mərkəzdə yaradılan şəraitlə, eləcə də Ağstafada fəaliyyət göstərən müəssisələrə baş çəkiblər. “Saloğlu” mebel, “Akkord” tekstil, Ağstafa xalça toxuculuğu fabriklərinə, Ağstafa “Aqroservis” MMC və “Karvan-L” EKO sənaye parkına gedən qonaqlar orada iş prosesi ilə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, Ağstafada istehsal olunan geyimlər, yumşaq mebellər və bir sıra sənaye məhsulları artıq “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkə bazarlarına ixrac olunur və bu istiqamətdə işlər uğurla davam etdirilir. Səfir Dan Stavın Ağstafa rayonunun istehsal müəssisələri ilə yanaşı, yol infrastrukturunun, mədəniyyət və istirahət parklarının, mədəniyyət mərkəzlərinin də onda yüksək təəssürat yaratdığını qeyd etmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Keçidlər