Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması ilə əlaqədar dərslər davam edir

22 noyabr 2017 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat  və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması ilə əlaqədar Heydər Əliyev Mərkəzində dərslər davam etdirilir. Müvafiq qrafikə uyğun olaraq keçirilən dərslərdə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edir. Növbəti dərs “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” mövzusunda Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirildi. Şagirdlər iri ölçülü ekranda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Həmçinin Heydər Əliyev Mərkəzinin bələdçilərinin müşayiəti ilə mərkəzin muzey salonlarına ekskursiya olundu. Müvafiq qrafikə uyğun olaraq dərslər 2017/2018- ci tədris ilinin sonuna qədər Ağstafa rayonunun bütün ümumtəhsil məktəblərinin iştirakını təmin edəcəkdir.

Keçidlər