Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər Musiqi Mərkəzində musiqi müsabiqəsi keçirildi

07 dekabr 2017 | 11:00

Ağstafa rayon Gənclər və İdman İdarəsi, Ağstafa şəhər     7 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə rayonda istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, eləcə də onların istedadlarının stimullaşdırılması məqsədi ilə "Mənim musiqili dünyam" devizi altında musiqi müsabiqəsi keçirilmişdir. Tədbirin təşkilatçılığına məsul şəxslər öz çıxışlarında qeyd etmişlər ki, Azərbaycan gəncliyinə dair tərtib olunmuş Dövlət Proqramlarının əsas məqsədlərindən biri cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şəraitin yaradılması, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsindən ibarətdir. Bu sahədə Ağstafa rayonunda da mühüm tədbirlərin həyata keçirildiyini, yeniyetmə və gənclərin fəaliyyət imkanlarının inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər uğurla icra olunur.  Dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Ağstafa şəhərində inşa olunmuş möhtəşəm Musiqi Mərkəzi və əsaslı yenidən qurulan rayon Mədəniyyət Mərkəzinin qeyd olunanların bariz nümunəsidir.
Tədbirin rəsmi açılış mərasimindən sonra yeniyetmə və gənclər sazda, qarmonda, fortepianoda, tarda, nağarada, kamançada, muğam və vokal ifaçılığı nominasiyaları üzrə bacarıqlarını nümayiş etdirdilər. Münsiflər heyətinin yekun fikirləri əsasında qalib elan olunan yeniyetmə və gənclər müvafiq diplomlar və müxtəlif hədiyyələrlə təltif olundular. Rayonda bu cür müsabiqələrin davamlı olacağı qeyd olundu.   

Keçidlər