Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Əmək yarmarkası” keçirildi

21 dekabr 2017 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin              11 dekabr 2017-ci il tarixli 173 saylı Sərəncamına əsasən rayonda əhalinin məşğulluğunun artırılması, işsizliyin azaldılması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 21 dekabr 2017-ci il tarixdə “Əmək yarmarkası” keçirilmişdir. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yarmarkaya rayonun 24 təşkilatı tərəfindən 235 boş iş yeri təqdim edilmişdir. Sakinlər təfindən “Əmək yarmarkası”na ciddi maraq göstərilmişdir.
“Əmək yarmarkası”nda işə düzəlmək üçün ¬¬400 nəfər müraciət etmişdir. Müraciət edənlərdən 45 nəfərinə işə göndəriş verilmişdir. Onlardan 16 nəfəri dövlət təşkilatlarına, 29-u qeyri-dövlət təşkilatlarına işə göndərilmişdir.

Keçidlər