Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il bayramı münasibəti ilə rayonun məktəbəqədər təhsil müəssisələrində şənliklər keçirilir

27 dekabr 2017 | 11:00

Ağstafa rayon məktəbəqədər təhsil müəssisələrində qarşıdan gələn dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunur. Bununla əlaqədar olaraq körpələr evi-uşaq bağçalarında al-əlvan yolkalar quraşdırılmış, tədbirlərin keçirilməsi otaqlar bayram dekorasiyaları ilə bəzədilmişdir.   Şaxta baba və qarqızın iştirakı ilə keçirilən şənliklərdə uşaqların ifasında vətənpərvərlik, yeni ilə bayramı mövzularında şerlər və mahnıları səsləndirilir, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulur, uşaqların ifasında bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş etdirilir. 

Keçidlər