Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibli iclası keçirildi

28 dekabr 2017 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının,  darə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimiaiyyətinin nümayəndələri iştirak edirdi. Şuranın müazkirəsinə çıxarılan məsələlər barəsində ətraflı məlumat verən İcra başçısı ilk öncə rayon ictimaiyyətini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələnə yeni il bayramı münasibəti ilə təbrik etdi. RİH aparatının Ərazi darəetmə orqanları və yerli özünüidarəetmə orqanalrı ilə iş şöbəsinin müdiri Ş.Qurbanov,  Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev genş məruzələrlə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Ağstafa rayonunda icra vəziyyəti barədə çıxış ediblər. Qeyd olundu ki, dövlət proqramında Ağstafa rayonu üzrə nəzərdə tutulan  işlərin əksəriyyətinin icrası həyata keçirilmişdir.
S.Mustafayev məruzəsində  rayonun xidmət təşkilatlarının gördüyü işlərə toxunaraq  bildirmişdir ki, cari ilin son ayı rayonumuz üçün ən əlamətdar günlərdən biri kimi tariximizə yazılmışdır. Belə ki, bir neçə gün öncə uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq, ümumi uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər və Eynallı-Qırılı,  9.8 km uzunluğa malik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan və  9,5 km uzunluğu olan Soyuqbulaq-Tinglik avtomobil yolları əsaslı yenidən qurularaq istifadəyə verilimişdir.  Ağstafa-Poylu-Sadıqlı avtomobil yolunun 2-ci km-də dəmir yolu üzərində uzunluğu 34,90 metr olan, cəmi əhalisinin sayı 27578 nəfər olan 22 yaşayış məntəqəsi tərəfindən istifadə edilən avtomobil körpüsü,    Ağstafa-Poylu-Sadıqlı avtomobil yolunun 17-ci km-də Kür çayı üzərində uzunluğu 184,70 metr, cəmi əhalisinin sayı 12024 nəfər olan 11 yaşayış məntəqəsinin əhalisi tərəfindən istifasdə edilən avtomobil körpüsü., Ağstafa-Poylu-Sadıqlı avtomobil yolunun 29-cu km-də uzunluğu 63,2 metr, cəmi əhalisinin sayı 12009 nəfər olan 10 yaşayış məntəqəsinin əhalisi tərəfindən istifadə edilən avtomobil körpüsü, Poylu qəsəbə-Düzqışlaq-Qazax avtomobil yolunun 0-1-ci km-də uzunluğu 81,20 metr,  əhalisinin sayı 7279 nəfər olan 7 yaşayış məntəqəsi tərəfindən istifadə edilən avtomobil körpüsünün təntənəli açılış mərasimi keçirilmişdir. Həmçinin Vurğun-Köhnəqəşlaq avtomobil yolu üzərində 1 ədəd yeni körpü inşa edilmiş, Həsənsu çayı üzərindəki körpü isə əsaslı təmir edilmişdir. Bundan başqa 26 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı yenidən qurulan  Ağstafa şəhər 3 saylı tam orta məktəbi binası istifadəyə verilmişdir. Ağstafa şəhər Doğum şöbəsinin əsaslı təmiri, 2 saylı uşaq bağşasının təmiri, C.Cabbarlı və Nizami küçələrinin yenidən qurulması başa çatdırılmışdır. Kolayır kənd 20 şagird yerlik yeni modul tipli ibtidai məktəbi fəaliyyətə başlamış, Köhnəqışlaq kənd tam orta məktəbinin tikintisi başa çatdırılmışdır. Növbəti ildə Aşıq Ələsgər,  Mehdi Mustafayev, Həzi Aslanov küçələrində abadlıq işlərinin aparılması üçün hazırlıq işlərinə başlanılmışdır.   Çoxmənzilli yaşayış binalarının   dam örtüklərinin, pilləkən boşluqlarının, daxili kanalizasiya və su şəbəkələrinin cari və əsaslı təmir edilməsi, tüstü və ventilyasiya bacalarının təmizlənməsi və bərpası işləri ön plana çəkilmişdir. S.Vurğun küçəsi 98, M.Ə.Rəsulzadə küçəsi 92, Ş.Qurbanov küçəsi 23, 24 və H.Arif küçəsi 33 mənzilli yaşayış binalarının tüstü və ventilyasiya bacaları təftiş edilmiş və təmizlənmişdir. Ş.Qurbanov küçəsi 4, C.Cabbarlı küçəsi 19. 38 Heydər Əliev 36, Ş.Qurbanov 23 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəz edilmiş, fasadlarında və pilləkən boşluqlarında təmir işləri aparılmış, giriş qapıları quraşdırılmış, pəncərə boşluqları yeni bloklarla əvəz edilmiş, həyətlərdə abadlıq işləri aparılmış və hazırda bu işlər davam edir. Hüseyn Arif küçəsi 33 mənzilli yaşayış binasının istilik sisteminin çəkilişi başa çatdırılmışdır.  
  Ağstafa şəhərinin içməli su və kanalizasiya sistemləri yenidə qurulmuş, şəhər əhalisi, o cümlədən Qaçaq Kərəm kənd sakinləri bu xidmətdən tam istifadə edirlər. Rayonun Ağgöl, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə  işlər davam etdirilir.   Ağstafa Elektrik Şəbəkəsində y/stansiyalarda, transformator məntəqələrində, elektrik hava xətlərində təmir işlərinə aparılmış, 29 ədəd yeni transformator məntəqələri quraşdırılmışdır.Rayonun 39 yaşayış məntəqəsindən 37 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmişdir.
    Bundan başqa 2017-ci il üçün Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın iş planı müzakirə edilərək təsdiq edilməsi məqbul sayıldı.
Müzakirə olunan məsələlərlə bağlı  İcra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarınıverdi.
Şuranın iclası işgüzar şəraitdə keçdi.

Keçidlər