Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti hesabat yığıncaqları Göycəli, Sadıqlı, Köcvəlili, və Düzqışlaq kəndlərində keçirildi

19 yanvar 2018 | 11:00

Ağstafa rayonunda ötən ilin yekununa dair növbəti hesabat yığıncağı Göycəli, Sadıqlı, Köcvəlili, və Düzqışlaq kəndlərində keçirildi. Tədbirdə başçının müavinləri və aparatının şöbə müdirləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat ilində   kəndlərdə görülmüş və görülməsi zəruri olan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Hazırda Düzqışlaq-Kolayır və Düzqışlaq-Xılxına kəndlərinə gedən avtomobil yollarında yenidənqurma işlərinə başlanılıb. Qısa müddət ərzində həmin yollara asfalt örtüyünün salınması işləri başa çatdırılacaqdır.  Xüsusi ilə vurğulandı ki, yeni yaşayış məhəllələrində infrastrukturun yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyev çıxış edərək bildirdi ki, bu il rayonumuz  üçün  daha uğurlu il olacaqdır. Belə ki, ölkə rəhbərliyinin yüksək qayğısı və müvafiq tapşırıqlarına uyğun olaraq daha böyük sosial infrastruktur layihələr reallaşdırılmaqdadır. Təbii ki, bütün bunlar ağstafalıların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış addımlardır.
Hesabat yığıncağı işgüzar şəraitdə yekunlaşdırıldı.

Keçidlər