Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü münasibəti ilə “Karate-do” idman növü üzrə açıq Ağstafa rayon birinciliyi

02 fevral 2018 | 11:00

      Ağstafa rayonunda Gənclər Günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində  şəhər 2 saylı tam orta məktəbin idman zalında “Karate-Do” idman növü üzrə uşaq və yeni-yetmələr arasında açıq Ağstafa rayon birinciliyi keçirilmişdir. Yarışda həmçinin Qazax və Tovuz rayonlarından da olmaqla ümumilikdə 70 nəfərədək  idmançı qüvvəsini sınamışdır. İlk öncə Azərbaycan gəncliyi üçün xüsusi əhəmiyyət kəsb edən bu önəmli günün mahiyyəti yarış iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Daha sonra yarışa start verilmişdir. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə komanda hesabına görə 1-ci yerə Qazax, 2-ci yerə Ağstafa və 3-cü yerə Şəmkir rayonlarının komandaları layiq görülmüşlər. Qaliblər müvafiq diplom və medallarla təltif olunmuşlar. Sonda idmançılarla xatirə şəkilləri çəkdirildi.

 

Keçidlər