Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzində saxlanılır

10 fevral 2018 | 11:00

Hər həftənin şənbə günü Ağstafa rayonunun bütün yaşayış məntəqələri üzrə  genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Bu gün keçirilən növbəti ümumrayon iməcliyində Bakı-Qazax avtomobil yolunun və dəmir yol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik, səliqə-səhman işləri həyata keçirildi. Yol kənarları təmizləndi, yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi. Həmçinin Ağstafa şəhərinin Hüseyn Arif küçəsi boyunca və kənd avtomobil yollarının kənarlarında mindən çox çinar ağacları əkildi.

Keçidlər