Şriftin ölçüsü :

Saytın rəngi :

Hər şənbə Ağstafada təmizlik işləri həyata keçirilir

14 fevral 2018 | 11:00

Artıq neçə vaxtdır ki, hər həftənin şənbə günləri Ağstafanın bütün yaşayış məntəqələri üzrə genişmiqyaslı təmizlik işləri,başqa sözlə iməciliklər  keçirilir. Ötən şənbə  keçirilən növbəti ümumrayon iməcliyində Bakı-Qazax avtomobil yolu və dəmir yol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik, səliqə-səhman işləri həyata keçirilib. Yol kənarları təmizlənib, yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizlənib. Ağstafa şəhərinin Hüseyn Arif küçəsi boyunca və kənd avtomobil yollarının kənarlarında mindən çox çinar ağacları əkilib

 

Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

Keçidlər