Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar üçün Novruz şənlikləri təşkil olunur

17 mart 2018 | 11:00

Xalqımızın ən qədim adət ənənələrini və milli dəyərlərini özündə tərənnüm edən  Novruz bayramının gəlişi münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər keçirilir. O cümlədən rayonun məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün bayram şənlikləri təşkil olunur. Şənliklərdə uşaqların ifasında Bahar qızın, keçəl və kosanın  müşayiəti ilə milli adət-ənənələrimizi əks etdirən bədii kompozisiyalar nümayiş etdirilir, Novruza həsr olunmuş şerlər, nəğmələr səsləndirilir, bayram tonqalı ətrafında milli yallı rəqsinin  sədaları ilə dövrə vurulur və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. 

 

Keçidlər