Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFADA NOVRUZ BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

19 mart 2018 | 11:00


Bahar fəslinin gəlişini tərənnüm  edən,  xalqımızın ən sevimli  və ən qədim tarixə malik olan Novruz  bayramı ölkəmizin  bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da təntənə ilə qeyd olunur. Bu ilki Novruz bayramı münasibəti ilə Ağstafa şəhər Musiqi Mərkəzində ümumrayon tədbiri təşkil olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının  rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də rayon ərazisində yerləşən hərbi hissələrin bir sıra zabit və əsgərləri  iştirak edirdi. Tədbir iştirakçıları öncə Musiqi Mərkəzinin qarşısındakı geniş meydanda yerli sənətkarlar və uşaqların əl işlərindən ibarət təşkil olunmuş sərgilərə,  Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızın iştirakı ilə kompozisiyalara, milli folklor nümunələrimizə  tamşa etdilər, yerli aşıqların ifasına, uşaqların təqdimatında şer və mahnıları dinlədilər. Gənc qol güləşçilərinin, kiçik  karateçi və pəhləvanların nümunəvi çıxışları da tədbir iştirakçılarına xoş təsir bağışladı. Sonra xalq artisti Tariyel Qasımov, rayon Ağsaqqallar Şurasının sədri  Firdovsi Heydərli,  rayon ağsaqqalları Əli Hüseynov və Fərhad Əliyevlə birlikdə meydanın mərkəzində bayram  tonqalını alovlandırdılar.
Bayram tədbiri  Musiqi Mərkəzinin böyük akt zalında  davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı hər kəsi ürəkdən təbrik edərək Novruz bayramının tarixindən və əhəmiyyətindən geniş bəhs etdi. Qeyd olundu ki, Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, el bayramıdır. Novruz bayramı hər il ölkəmizdə dövlət  səviyyəsində qeyd edilir.  Bu həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, bayram tonqalının alovlandırması hər bir azərbaycanlıda bayram ovqatını daha da artırır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər