Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda növbəti qanvermə aksiyası keçirilib

26 aprel 2018 | 11:00

Bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında növbəti könüllü qanvermə aksiyası keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə təşkil olunub. Aksiyada iştirak edən donorlar ilk öncə müvafiq müayinədən keçiriliblər. Hazırda Ağstafa rayonunda 5 nəfər talassemiya və 4 nəfər hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaq qeydə alınmşdır.

Keçidlər