Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Kəsik kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş mərasim keçirildi

03 may 2018 | 11:00

Bu gün Ağstafa  rayonuun  Böyük Kəsik kəndinə çəkilən qaz xəttinin açılışı oldu. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Osman Behbudov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı ilk öncə  bu əlatmətdar hadisə münasibəti ilə kənd sakinləri üçün təbriklərini  dilə gətirdi. Qeyd olundu ki, bununla da Ağstafa rayonunun qazlaşdırılması məsələsi tam şəkildə öz həllini taparaq 100 faizə çatmış oldu. Təbii ki,  Ağstafamızın timsalında qeyd etdiyimiz  bu böyük uğur da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu müvafiq tapşırıqların icrası nəticəsində əldə olundu. Bu da biz ağstafalılara və Ağstafaya göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidr. 
Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Osman Behbudov da öz çıxışında bildirdi ki, 340 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 238 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 20 min 463 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
  Tədbirdə Böyük Kəsik kəndinin ağsaqqalları Aydın Qurbanov, Süleyman Nağıyev, ağbirçək Xavər İsmayılova, çıxış edərək bütün kənd əhalisi adından onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşəl alovlandırıldı.

 

Keçidlər