Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

04 may 2018 | 11:00

Mayın 3-də pilot məktəblər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində fənnin mənimsənilmə səviyyəsinin artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir.
Yarışmada rayonun şahmat fənni tədris edilən 5 pilot ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Hər pilot məktəbi II, III və IV siniflərdə oxuyan 3 qız və 3 oğlan təmsil edib.
Oyunun nəticələrinə əsasən Saloğlu qəsəbə tam orta məktəbin komandası I, şəhər 1 nömrəli tam orta məktəbin komandası II və şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Keçidlər