Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa xalçaçıları “5 may-Xalçaçı Günü” peşə bayramlarını qeyd ediblər

06 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixdə imzaladığı müvafiq Sərəncamı ilə hər il may ayının 5-i respublikamızda “Xalçaçı günü” peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə Ağstafa rayon Heydər Əliyev Mərkəzində geniş tədbir keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, “Azərxalça” ASC-nin Ağstafa filialının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri itirak ediblər. Tədbir iştirakçıları öncə Mərkəzin önündə ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Mərkəzə ekskursiya təşkil olunub. Tədbirdə qeyd olunub ki, dövlətimizin bu sahədə yürütdüyü məqsədyönlü siyasəti nəticəsində xalçaçılığın Azərbaycan istisadiyyatının ən gəlirli və geniş miqyaslı sahələrindən birinə çevriləcəkdir. Artıq bölgələrimizdə, o cümlədən Ağstafa rayonunda da ən yüksək standartlar çərçivəsində  filial binası inşa olunaraq fəaliyyət göstərir, burada peşəkar xalçaçı kadrların hazırlanması üçün hər cür şərait yaradılmışdır. Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya xalçaçılığında "Azərbaycan brendi"nin tanıdılması istiqamətində gördüyü işlərdən geniş bəhs olunmuşdur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgilərdə  Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayımlanması istiqamətində misilsiz addımlar atılır.
Xalçaçılar onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarının ifadə ediblər.

Keçidlər