Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət" Mərkəzinin “Ehtiyyat Səyyar ASAN1” avtobusu 07-26 may 2018-ci il tarixlərində Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir.

06 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “Ehtiyyat Səyyar ASAN 1” avtobusu    07 may 2018-ci il tarixdən 26 may 2018-ci il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.

Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, Mərkəzi stadionun qarşısı.

Əlavə məlumat üçün “108” və “9108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.      

Göstəriləcək xidmətlər:

Ədliyyə Nazirliyi:

Notariat fəaliyyəti;

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

Daxili İşlər Nazirliyi:

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Dövlət Sosial Müdafiə Fondu:

Əmək pensiyalarının təyin edilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi:

• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;

• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

Yardımçı xidmətlər:

Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);

Foto xidməti.

Tibbi xidmət.                                                                                                    

                Qan qrupunun təyin olunması;                                                                 

             •Boyun ölçülməsi və göz rənginin təyin olunması.

 

 

Keçidlər