Şriftin ölçüsü :

Saytın rəngi :

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

06 may 2018 | 11:00

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak etmişdir.
Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.
Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunmuşdur.
Sonda təbliğat materialları məktəb rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.

 

Keçidlər