Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “İntellektual oyunlar” bilik yarışması keçirilib

07 may 2018 | 11:00

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “İntellektual oyunlar” bilik yarışması  keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən bilik yarışmasında  Ağstafa şəhər  1, 2,  3 saylı və Ağstafa rayon Texniki – Hümanitar təmayüllü liseyin komandaları iştirak ediblər. Yarış iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisinə nəzər salıblar. Tədbiri giriş sözü ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açaraq bildirib ki, “İntellektual oyunlar” bilik yarışmasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev  irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəzillərə aşılamaqdan ibarətdir.
   Yarışın reqlamentinə uyğun olaraq  I mərhələdə 4 komanda iştirak etdi. Bu mərhələdə 15 sualdan ibarət sual blankı səsləndirildi.  Ağstafa şəhər 2 saylı tam orta məktəb və Ağstafa rayon Texniki –Hümanitar təmayüllü liseyin komandaları finala vəsiqə qazandılar. Finalda isə Ağstafa şəhər 2 saylı tam orta məktəbin komandası daha yüksək nəticəyə imza ataraq münsiflər tərəfindən qalib elan olundu. Qalib komanda müvafiq “Fəxri Fərman” və hədiyyələrlə təltif olundular.

Keçidlər