Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun orta ümumtəhsil məktəblərində 9 May Qələbə Günü qeyd olunur

08 may 2018 | 11:00

Faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Ağstafa rayonunun orta ümumtəhsil məktəblərində Qələbə Gününə həsr olunan “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, inşa müsabiqələri, müharibə veteranları ilə görüşlər təşkil edilir.
Tədbirlərdə Ağstafa rayon Təhsil Şöbəsinin məsul şəxsləri, pedaqoji və şagird kollektivi iştirak edir.
İlk öncə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində canlarını qurban vermiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Şagirdlərin ifasında Böyük Qələbə Gününə həsr olunmuş şeirlər, mahnılar səsdləndirilir,  ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.
Çıxış edənlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlərindən azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən geniş bəhs edirlər.

Keçidlər