Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş mini futbol turnirinə yekun vuruldu

09 may 2018 | 11:00

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə Ağstafa rayonunun idarə, müəssisə, və təşkilatları arasında keçirilən mini futbol üzrə ənənəvi turnirə yekun vuruldu.  Ağstafa Şəhər mərkəzi stadionunun süni örtüklü meydançasında keçirilən yarışın final mərhələsində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və təşkilatların nümayəndələri iştirak edirdilər.  Rayon Polis şöbəsi və Yanğından Mühafizə xidmətinin komandaları arasında maraqlı və idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında Yanğınsöndürənlər qalib gələrək turniri 1-ci yerdə başa vurdular.
Turnirin bağlanış mərasimində çıxış edən Ağstafa rayon icra hakimiyyətinin başçısı ölkəmizdə idmana, gənclərə göstərilən dövlət qayğısından geniş bəhs etdi. icra başçısı final iştirakçıları ilə bərabər yarışda 3-cü yeri tutmuş rayon idman və Gənclər idarəsinin komandalarına kubok, medallar və hədiyyələri təqdim etdi.  sonda xatirə şəkilli çəkdirildi.

 

Keçidlər