Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada faşizm üzərində qələbənin 73-cü il dönümü qeyd olundu

09 may 2018 | 11:00

Bu gün Ağstafada 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi. Ağstafa şəhərində  Böyük Vətən Müharibəsi iştirakçısı Abdulla Əliyevin yaşadığı evdə keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Çay süfrəsi ətrafında keçən görüşü giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı açaraq  bu  münasibətlə bütün veteranları təbrik etdi, 2-ci dünya müharibəsi illərində Azərbaycan vətəndaşlarının göstərdikləri igidlik və qəhrəmanlıqları barədə geniş söz açdı.  Qeyd olundu ki, ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə veteranlar və onların ailələrinin sosial rifahının yüksəldilməsi  istiqamətində mühüm tədbirlər icra olunur. Tədbirdə çıxış edən veteranlar və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin  onlara  hər zaman göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etdilər. Tədbirdə veteranlarla xatirə şəkli çəkdirildi və onlara hədiyyələr təqdim olundu.

 

Keçidlər