Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın düşmənlə həmsərhəd kəndində 108 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

10 may 2018 | 11:00

Bu gün Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində ən müasir tələblərə uyğun yeni inşa olunmuş 108 şagird yerlik tam orta məktəb binası istifadəyə verildi. Bu münasibətlə məktəbin həyətində geniş tədbir keçirildiş. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mehafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissələrin komandirləri, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı bu münasibətlə hər kəsi təbrik etdi. Qeyd olundu ki, məktəb binasının istifadəyə verilməsi günü, ulu öndərimiz  Heydər Əliyevin doğum tarixi ilə bir günə təsadüf etməsi bütün ağstafalılar üçün iki qat bayram deməkdir. Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhə bölgəsində yaşayan əhalimizə xüsusi diqqət və qayğı ilə yanaşılır. Onların sosial rifahlarının yüksəlməsi istiqamətində zəruri tədbirlər icra olunur. Sosial layihələr həyata keçirilir, müasir  inzibati binalar inşa olunur, içməli su təminatları yaxşılaşdırılır, avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər inşa olunur,  fasiləsiz elektrik enerjisi, təbii qaz verilişləri daim nəzrətdə saxlanılır, əlamətdar günlərdə bayram sovqatları paylanılır, şagirdlərə pulsuz məktəbli geyimləri və dərs lavazimatları hədiyyə olunur. Bu dövlət dəstəyini Köhnışlaq kəndinin timsalında açıq-aşkar görmək mümkündür. Hər bir kəsin yaxşı yadındadır ki, bu yaxınlarda rayonunun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini əhatə edən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün isə ən müasir tələblərə cavab verən Köhnəqışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi qeyd olunur. Bu bütün ağstafalılara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək son dövrdə rayonumuzun təhsil sahəsində əldə olunmuş nəaliyyətlər və qazanılmış uğurlar barədə məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin fəaliyyəti Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Məhz möhtərəm Prezidentimizin qayğısı nəticəsində  məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Tədbirdə çıxış edən məktəbin müəllimləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri son dövrlərdə Ağstafada məktəblər üçün inşa olunan yeni binalara, rayon təhsilinin maddi-texniki bazasının gücləndirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər. Çıxışlardan sonra rayon İcra hakimiyyətinin başçısı şəhidin həyat yoldaşı Güllü Qasımova ilə birlikdə yeni məktəbin açılışını ifadə edən qırmızı  lenti kəsdilər. Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış oldular. Binanın inşası zamanı coğrafi mövqey baxımından təhlükəsizlik amilləri tam nəzərə alınmışdır. İki mərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunmuşdur. Bina fərdi qazanxana tipli istilik sistemi ilə təmin olunmuşdur. Həyətində açıq tipli idman meydançası yaradılmış, ətraf tamami ilə abadılaşdırılmışdır.

Keçidlər