Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada baramaçılığın inkişafı diqqət mərkəzindədir

16 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçiliyin inkişafı sürətlə inkişaf edir. O, cümlədən Ağstafa rayonu üçün də ənənəvi təsərrüfat sahəsi hesab edilən baramaçılığın inkişaf prespektivləri  hər il daha da yüksəlir. Ötən illərdə olduğu kimi bu ildə  rayonda baramaçılıqla məşğul olmaq istəyən kümçülərə ümumilikdə 104 qutu pulsuz barama qurdu toxumu paylanılmışdır. Ötən illərlə müqayisədə bu il Ağstafada daha çox,  4,0 tondan artıq barama istehsalı nəzərdə tutulur. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Köçvəlili kəndində ipək qurdlarının yetişdirilməsi məntəqəsində yaradılan şəraitlə yaxından tanış oldu. İcra başçısı ilə ünsiyyətdə kümçülər bildirdilər ki, məntəqədə  aqrotexniki şərtlərin yüksək olması və həm də işçilərin özlərinin fəaliyyəti üçün yaradılmış münbit şərait onu deməyə əsas verir ki, cari ildə daha çox barama məhsulunun istehsalına nail olunacaqdır.

 

Keçidlər