Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Poylu qəsəbəsində keçirilib

17 may 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Ağstafa rayon İcra hakimiyyətinin başçısı mütəmadi olaraq rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını keçirir. Sakinlərlə növbəti səyyar görüş Poylu qəsəbəsində təşkil olunub. Tədbirdə həmçinin rayon İcra hakimiyyətinin məsul işçiləri, müvafiq  idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dövlətimizin dünyada və regiondakı söz sahibliyindən, respublikamızın bütün sahələrində gedən sürətli inkişafından, hərbi qüdrətimizdən və mövcud  siyasi sabitlikdən geniş söz açıb. Tədbir iştirakçılarına ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə son illərdə  Ağstafada gerçəkləşdirilmiş sosial infrastruktur layihələrdən, irimiqyaslı abadlıq-quruculuq işlərindən və hazırda bu istiqamətdə icra olunan tədbirlər haqqında ətraflı məlumat verib. Sonra səyyar görüşdə iştirak edən sakinlərin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər öyrənilib. Sakinlər qəsəbə tam orta məktəb binasının əsaslı təmiri, yaşayış məntəqəsinin mərkəzində bir ədəd subartezian quyusunun qazılması, kommunal yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi kimi məsələləri önə çəkiblər. İcra başçısı qaldırılan məsələlərin həlli istiqamətində yerində aidiyyatı üzrə konkret tapşırıqlarını verib. Sakinlərə izah olunub ki, rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər sürətlə icra olunur. Həmçinin Poylu qəsəbə tam orta məktəb binası da bu istiqamətdə görüləcək işlərin planına daxil edilibdir. Hazırda Ağstafa şəhərində mövcud çox saylı kommunal yaşayış binalarının təmir-bərpası işləri yekunlaşmaq üzrədir. Bundan sonra qəsəbə və kəndlərdəki kommunal binaların təmirinə başlanılacaqdır. Qəsəbə sakinlərinin istəklərinə uyğun olaraq rayonda qazılması nəzərdə tutulmuş subartezian quyularından birinin məhs Poylu qəsəbəsində qazılması qərara alındı.

 

Keçidlər