Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ildə Ağstafada 4,0 tondan artıq barama istehsalı gözlənilir

22 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi hesab edilən baramaçılığın bərpası və inkişafı istiqamətində tədbirlər uğurla icra olunmaqdadır. Artıq üçüncü ildir ki, rayonda baramaçılıqla məşğul olmaq istəyən kümçülərə pulsuz barama qurdu toxumu paylanılır. Bu il də may ayının 5-də Qax rayon Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 104 qutu barama toxumu ağstafalı kümçülərə paylanılmışdır.  Barama saxlama məntəqələri tələb olunan aqrotexniki şərtlərlə təchiz olunmuşdur.  İşçilərin səmərəli fəaliyyəti  üçün münbit şərait yaradılmışdır.  Hər ötən ildə barama istehsalı və bu sahədə işlə təmin olunanalrın sayı artan dinamika ilə dəyişir. Belə ki, bu il 230 nəfərdən çox sakinin məşğulluğu təmin olunmuşdur. Eyni zamanda 4,0 tondan çox barama istehsalı nəzərdə tutulur. Rayonun müvafiq ərazilərində tut bağları salınmış və bu istiqamətdə işlər davam etdirilir.

 

Keçidlər