Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il də Ağstafada taxıl biçimində yüksək məhsuldarlıq gözlənilir

22 may 2018 | 11:00

Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlətimizin hər zaman göstərdiyi yüksək qayğı nəticəsində Ağstafada artan iqtisadi potensial fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlə icra olunur. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Kənd təsərrüfatının ən əsas sahələrindən olan taxılçılıq Ağstafada xüsusi diqqətdə saxlanılır. Rayonun bütün kəndlərində taxıl zəmiləri salınmışdır. Bu il səpilən taxıl sahələrinin əhatəsi ötən ilə nisbətən daha genişdir. Bu isə o deməkdir ki, ötən illə müqayisədə məhsuldarlıq baxımından da artım əldə olunacaqdır. Belə ki, ötən il  hər hektardan 29,1 sentner taxıl  götürülübsə, bu il bu rəqəmin daha artıq olacağı gözlənilir.
Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Rayonumuzda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir.

Keçidlər