Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Ağstafada qeyd olundu

24 may 2018 | 11:00

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyik yubileyi münasibəti ilə Ağstafa şəhər Musiqi Mərkəzinin akt  zalında geniş tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları öncə vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova geniş məruzə ilə çıxış edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlardan, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna roldan, həyata keçirilən böyük islahatlardan və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsirindən geniş bəhs edib. Qeyd olunub ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu. Bu, bir tarixdir və heç cür unudula bilməz.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyəti barədə verdiyi müvafiq sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələridir.
Tədbir Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər