Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Arif Qədiməliyev küçəsinə yeni asfalt-beton qatı qoyulur

24 may 2018 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014 -2018-ci illər) uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələri də yenidən qurulur, çoxmənzilli kommunal yaşayış binalarında təmir-bərpa işləri görülür.
Hazırda Arif Qədiməliyev küçəsinə yeni asfalt qatının qoyulması işləri aparılır. Uzunluğu 450, eni 7 metr olan küçədə asfalt qoymadan əvvəl müvafiq hazırlıq işləri aparılmış, elektrik və işıqlandırma sistemi yenidən bərpa edilmiş, telekommunikasiya və rabitə xətləri qaydaya salınmışdır. Həmçinin küçədə yerləşən çoxmənzilli kommunal yaşayış binasında da zəruri təmir-bərpa işləri aparılmışdır. Binanın dam örtüyü yenidən qurulmuş, fasadı suvanaraq rənglənmişdir. Ətrafında abadlıq işləri görülmüşdür.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə küçədə aparılan işlərə baxış keçirdi və müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər