Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu Bələdiyyə Sədrləri Şurası və Qərb-Resurs İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb

24 may 2018 | 11:00

24 may 2018-ci il tarixində “Gənc Sahibkarların Sinerjisi Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ağstafa rayonu Bələdiyyə Sədrləri Şurası və Qərb-Resurs İctimai Birliyi arasında anlaşma memorandumunun imzalanması məqsədi ilə Ağstafa rayon Heydər Əliyev Muzey Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyinin və Azərbaycanda Qərb –Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi nümayəndələri Ağstafa rayonunun 9 bələdiyyə sədrləri, üzvləri  və rayonun fəal gəncləri  iştirak etmişdirlər. 
Layihə Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyi və Azərbaycanda Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilir. İclas geniş müzakirə şəraitində keçmiş və gələcəkdə gürülə biləcək layihələr ətrafında çıxışlar olmuşdur. Tədbirin yekununda Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri və Ağstafa rayonu Bələdiyyə Sədrləri Şurasının Sədri tərəfindən anlaşma memorandumu imzalanmişdir.

 

Keçidlər