Şriftin ölçüsü :

Saytın rəngi :

Arif Qədiməliyev küçəsindən sonra növbəti küçənin asfaltlanmasına start verilib

26 may 2018 | 11:00

24 may 2018-ci il tarixdə Ağstafa şəhərinin Arif Qədiməliyev küçəsində aparılan təmir-bərpa işlərindən sonra yeni asfalt-beton qatının qoyulmasına başlanılmışdır. Həmin küçədə işlərin yekunlaşdırılmasından dərhal sonra bu gün Ağstafa şəhərinin növbəti küçəsinə asfalt-beton qatının qoyulmasına start verilib. Ağstafa şəhər Heydər Əliyev prospekti döngə- 2 ünvanının təmir-bərpa işləri çərçivəsində  uzunluğu 320, eni 6,5 metr olan küçədə asfalt qoymadan əvvəl müvafiq hazırlıq işləri aparılmış, elektrik və işıqlandırma sistemi, telekommunikasiya və rabitə xətləri qaydaya salınmışdır. Küçənin yaxın günlərdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Keçidlər