Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim

26 may 2018 | 11:00

Ağstafa şəhər Heydər Əliyev Mərkəzində KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin birgə həyata keçirdikləri “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimdə çıxış edənlər layihənin Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunduğunu qeyd etdilər. Layihənin əsas məqsədi ümumi sosial və iqtisadi inkişaf problemlərinin birgə həll yollarına dəstək vermək üçün yerli icra hakimiyyəti orqanları, icmalar və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqələrin və biznes imkanlarının gücləndirilməsi yolu ilə yaşayış şəraitinin yaxşılaşdırılması, Azərbaycan, Gürcüstan, Almaniya və digər millətlərin vətəndaşlarının Azərbaycan Respublikası və Gürcüstan haqqında tolerantlığın xarakteri və turizm təşəbbüsləri ilə bölüşdürmə xarakteri haqqında daha çox məlumatın əldə edilməsidir. Təlimdə Ağstafa rayonunda turizmin inkişafına töhfə verə biləcək insanlar-RİH rəsmiləri, turizm sektorunda çalışanlar, otel işçiləri, kənd bələdiyyələri və yerli ərazi idarəetmə nümayəndələri, qoruq işçiləri, bələdçi olmaq istəyən gənclər iştirak edirdi. Təlimdə əsasən regionda və Ağstafa rayonunda turizmin bu günkü vəziyyəti təhlil edilmiş, turizm və iqtisadiyyatın inkişafında onun rolu haqqında ümumi məlumat verilmiş, turizmin inkişafını şərtləndirən təbii, sosial-iqtisadi, demoqrafik, ekoloji xüsusiyyətlərdən, regionlarda turizm sahəsinin inkişafı məqsədi ilə mövcud problemlərin müəyyən edilməsi və onların həlli yollarından, Ağstafada turizm ehtiyatlarından səmərəli istifadə olunması istiqamətləri, ehtiyatların təsnifləndirilməsi və qiymətləndirilməsindən, regionlarda turizm-ekskursiya marşrutlarının tərtib və tətbiq edilməsindən, regionlarda turizmin inkişafına nail olmaq üçün innovativ yanaşmanın və reklam-informasiya təminatının həyata keçirilməsindən, peşəkar bələdçilərin hazırlanmasından, hostellərin yaradılmasının həm də əhalinin məşğulluq, sosial və iqtisadi problemlərinin həllinə dəstək verəcəyindən qeyd edilmişdir. Çıxış edənlər Ağstafa rayonunda unikal yerlərin olmasından, Kür çayı sahili boyunca əsrarəngiz yerlərin olması və təbii landşaftının bölgədə turizmin inkişaf etdirilməsi üçün vacib şərtlər kimi qeyd etdilər. Sonda pilot layihə olaraq kənd turizmini inkişaf etdirmək üçün kəndlər seçilmişdir.

 

Keçidlər