Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni təmir olunan Ağstafa şəhər küçələrinə baxış keçirilib

30 may 2018 | 11:00

Son günlər ardıcıl olaraq yeni təmir olunan Ağstafa şəhərinin Arif  Qədiməliyev küçəsi  və Heydər Əliyev prospekti  döngə 2 ünvanına baxış keçirilib. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə küçələri gəzərək  aparılan işlərlə yaxından tanış olub. Hər iki küçədə əlavə işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Küçələrə yeni asfalt-beton qatının salınması ilə paralel olaraq elektrik və işıqlandırma sistemi, telekommunikasiya və rabitə xətləri qaydaya salınmışdır. Həmin ünvanlarda yaşayan sakinlər onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə ölkə  rəhbərliyinə dərin minnətdarlıqlarına bildirirlər.

 

Keçidlər