Şriftin ölçüsü :

Saytın rəngi :

Təmir-tikinti işləri aparılan Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasına baxış keçirilib

31 may 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafa rayonunda bütün sahələr  kimi  elm və təhsilin inkişafına, ümumi təhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir. O, cümlədən rayon ərazisində fəaliyyət göstərən  körpələr  evi-uşaq bağçalarının cari vəziyyətləri  müvafiq qaydalara uyğun olaraq  təhlil edilərək  dəqiqliklə araşdırılır. Çıxarılmış nəticələrə əsasən  qəzalı vəziyyətdə olanları üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar  yenidən qurulur, cari təmirə ehtiyacı olanlarda  isə təmir-bərpa işləri həyata keçirilir. 
Hazırda təmir-bərpa işləri aparılan məktəbəqədər təhsil müəssisələrindən biri də  1980-ci ildən fəaliyyət göstərən Ağstafa  şəhəri  2 saylı körpələr evi-uşaq bağçasıdır. 4 qrupdan ibarət  uşaq bağçasının fəaliyyətinin dayandırmamağı  üçün korpuslar növbə ilə təmir olunur. Ağstafa rayon İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev  rayonun bir sıra məsul şəxsləri ilə birlikdə  növbəti dəfə 2 saylı körpələr evi-uşaq bağçasında aparılan təmir-tikinti işləri ilə yaxından tanış olub. İşlərin aparılmasına   məsul şəxslərə müvafiq  tapşırıq və tövsiyələrini verib. Təmir işləri çərçivəsində binanın dam örtüyü, otaqların tavanları  yenidən qurulmuş, yeni sanitar qovşaqlar inşa olunmuş, kanalizasiya xətləri yenilənmiş , müasir standartlara uyğun yeni istilik sistemi qurulmuş,  qapı və pəncərələr yenisi ilə əvəz olunmuş, həyətdə geniş  istirahət guşəsi inşa olunmuşdur. Həmçinin mətbəx , yemək  və tibb otaqları əsaslı təmir olunacaqdır. Həyətə brusçatka tipli dekorativ daşlar düzüləcəkdir. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.

Keçidlər