Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu kəndində ipək qurdlarının saxlanma şəraiti ilə tanış olunub

01 iyun 2018 | 11:00

Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi hesab edilən baramaçılıq yenidən bərpa olunubdur. Dövlətimizin bu sahənin inkişafı üçün göstərdiyi yüksək dəstək nəticəsində inkişaf perspektivləri ildən ilə artmaqdadır. Ötən illərdə olduğu kimi bu il də baramaçılıqla məşğul olmaq istəyən kümçülərə pulsuz ipək qurdu qutuları paylanılıb. Hazırda ipək qurdları barama sarımaq üzrədirlər. Müvafiq aqrotexniki şərtlərlə təchiz olunmuş barama saxlama məntəqələrində təcrübəli kümçülərin rəhbərliyi ilə iş fəaliyyəti səmərəliliyini artırmaqdadır.  Ötən illərlə müqayisədə bu il  baramaçılıqla məşğul olmaq istəyənlərin sayının çoxalması nəticəsində həm paylanılan qutuların sayı və həm də planlaşdırılan məhsul yığımının həcmində artım olmuşdur. Belə ki, cari ildə kümçülərə ümumilikdə 104 qutu ipək qurdu qutuları paylanılmışdır ki, bunun da müqabilində  4,0 tondan artıq barama istehsalı nəzərdə tutulub. Həmçinin bəslənən ipək qurdlarının qidalanmasının maksimum təmin etmək məqsədi ilə rayonun müvafiq  ərazilərində  on minədək tut tingləri salınmışdır.  Gələcəkdə  tut bağlarının əhatəsinin daha da genişləndirilməsi nəzərdə  tutulub.

Keçidlər