Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzindədir

02 iyun 2018 | 11:00

Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi.  Rayonun bütün yaşayış məntəqələrini əhatə edən iməclikdə xüsusi ilə yaz aylarında avtomobil yollarının kənarları boyunca əkilmiş gül-çiçək kollarına xüsusi qulluq göstərildi, yaşıllıq sahələri suvarıldı. Bakı-Qazax avtomobil yolunun və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Həmçinin kəndlərarası yolların kənarları  və suvarma arxları da məişət tullantılarından təmizləndi.

Keçidlər