Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramı günü qeyd olunub

05 iyun 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə  5 iyun ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı kimi qeyd olunur. Hər il olduğu kimi bu ildə Ağstafada  meliorasiya və su təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etdilər. Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun Suvarma Sistemləri, Ağstafaçay Hidroqovşağı İstismarı və Ağstafa “Sukanal” idarələrinin kollektivləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül-çiçək dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq melioratorları bu münasibətlə təbrik edib, onlara bu məsuliyyətli işlərində müvəffəqiyyətlər  arzu edib. Qeyd olunub ki, ölkəmizdə digər peşə sahələri kimi, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.  Meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 1996-cı il iyunun 5-də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzalayıb.  Ulu öndərimiz Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlətimizin başçısı bu istiqamətdə başlanılmış islahatların, yeni layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir. 
Tədbirdə bu sahədə fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra işçilər müvafiq fəxri fərmanlarla təltif olunublar. Çıxış edənlər meliorasiya və su təsərrüfatı işçilərinə göstərilən yüksək diqqət və qayğıya dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər