Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Uşaq Xəstəxanasında təmir işlərinə başlanılır

05 iyun 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunun bütün sahələri kimi səhiyyə sahəsi də uğurla inkişaf etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində rayonun səhiyyə ocaqlarında əsaslı yenidənqurma, təmir-bərpa işləri həyata keçirilir, kənd və qəsəbələrdə yeni tibb məntəqələri tikilib sakinlərin istifadəsinə verilir, əhalinin yüksək səviyyədə müayinə və müalicəsi üçün səhiyyə ocaqlarında  qabaqcıl tibb avadanlıqlar tətbiq olunur. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən dərhal sonra Uşaq Xəstəlikləri Şöbəsinin inzibati binasında da  təmir-bərpa işlərinə başlanılır. İlkin olaraq iki mərtəbədən ibarət binanın dam örtüyü, qapı və pəncərələri yenidən qurulacaqdır, binanın elektrik və istilik sistemi tamamilə yenilənəcək, divarlar, tavan və döşəmədə təmir-bərpa işləri aparılacaq. Həmçinin binanın ətrafında da müvafiq abadlıq-quruculuq işləri həyata keçiriləcəkdir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  aparılan işlərə məsul şəxslərlə birlikdə görülən işlərlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.

Keçidlər