Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Gənclər Məkrəzində “Qara bağ - Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı filimin təqdimatı keçirilib

07 iyun 2018 | 11:00

Ağstafa rayon Gənclər  Mərkəzinin  kinoteatrında  “Qara bağ - Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı filimin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə biz “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai birliyi tərəfindən “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekalogiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində ərsiyəyə gəlib. 
Nümayişdən  öncə filmin ssenari müəllifi İsmayıl Süleymanov  tamaşaçılara film haqqında ətraflı məlumat verib. Həmçinin Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri Şahhüseyn Qurbanov və Kamilə Zamanova  öz çıxışlarında  bu cür layihələrin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıblar.
Təqdimat  tədbiri  “Qara bağ - Ekoloji terrorun annotasiyası” qısametrajlı filiminin nümayişi ilə davam etdirilib.

Keçidlər